Bakı. Trend:
Yaponiyanın baş naziri Fumio Kişida dekabrın 13-də hökumət və hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində dəyişiklik etməyi planlaşdırır.
Trend xəbər verir ki, rüşvət qalmaqalında əli olanların işdən çıxarılacağı bildirilir.
LDP-nin ən böyük fraksiyasında qanun pozuntuları ətrafında qalmaqal yaranıb. Bununla bağlı xəbər verilir ki, Fumio Kişida bu fraksiyaya daxil olan hər kəsi nazirlik və rəhbər vəzifələrdən uzaqlaşdıra bilər.