Bakı. Trend:
Rusiyada ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulan vətəndaşlar xarici pasportlarını təhvil verməli olacaqlar.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Federasiyası Nazirlər Kabinetinin müvafiq qərarı 11 dekabrdan qüvvəyə minib.
Qeyd olunub ki, Rusiyadan çıxışının qadağan olunduğu barədə bildiriş alan vətəndaşlar beş gün ərzində xarici pasportlarını sənədi verən orqana, yaxud işlədikləri və onlara qarşı bu qadağanı tətbiq edən təşkilata təqdim etməlidir.
Həmçinin, o da qeyd edilib ki, məhdudiyyət aradan qalxdıqdan sonra vətəndaşlar səlahiyyətli orqana müraciət edərək, xarici pasportlarını ala biləcəklər.