...

Qəzza zolağında HƏMAS dağılmaq ərəfəsindədir - İsrail müdafiə naziri

Dünya xəbərləri Materials 11 Dekabr 2023 23:12 (UTC +04:00)

Bakı. Trend:

Qəzza zolağında Fələstinin "HƏMAS" hərəkatının strukturu dağılmaq ərəfəsindədir, onun silahlı tərəfdarları getdikcə tez-tez əsirliyə təslim olurlar.

Trend-in məlumatına görə, bu barədə İsrail müdafiə naziri Yoav Qalant deyib.

"Biz döyüşlərdə irəliləyirik, nailiyyətlərimizi dərinləşdiririk. Biz HƏMAS-ın Cəbəliyyə və Əş-Şücaiyyədəki son qalalarını mühasirəyə almışıq, məğlubedilməz hesab edilən, illərlə bizimlə döyüşməyə hazırlaşan batalyonlar dağılmaq ərəfəsindədir", - deyə nazir mətbuat konfransı zamanı bildirib.

Y.Qalantın sözlərinə görə, son vaxtlar Qəzzada getdikcə daha çox "HƏMAS" tərəfdarları İsrail ordusuna təslim olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti