Bakı. Trend:
Qəzza zolağında oktyabrın 7-dən bugünədək öldürülən KİV əməkdaşlarının sayı 95 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Fələstin hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edək ki, dekabrın 13-də Qəzza zolağında həlak olan jurnalistlərin sayı 89 nəfər olub.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.