...

Qəzza zolağında uşaqların 80%-dən çoxu ciddi qida çatışmazlığı ilə üzləşib

Dünya xəbərləri Materials 23 Dekabr 2023 08:30 (UTC +04:00)
Qəzza zolağında uşaqların 80%-dən çoxu ciddi qida çatışmazlığı ilə üzləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında yaşı 5-dən az olan 10 mindən çox uşaq yaxın həftələrdə həyati təhlükəsi olan qida çatışmazlığından əziyyət çəkəcək.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Qeyd olunub ki, Qəzzada azyaşlı uşaqların 80%-dən çoxu kəskin qida çatışmazlığından əziyyət çəkir. Beş yaşa qədər 335 min uşaq qida çatışmazlığı riski altındadır.

UNICEF həmçinin 155 mindən çox hamilə və laktasiya edən qadının, eləcə də iki yaşa qədər 135 min uşağın qidalanmasından narahatdır. Fond qeyd edib ki, xəstəxanaların üçdə ikisindən çoxu yanacaq, su və həyati vacib dərman çatışmazlığı səbəbindən fəaliyyət göstərmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti