Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində yerləşən Deyr-əl-Balah şəhərinin iki rayonunda döyüşlərin dayandırıldığını elan edib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Edri "X" hesabında məlumat verib.
Bildirilib ki, Deyr-əl-Balah şəhərinin El-Bruk və Yaffo rayonlarında döyüş əməliyyatları humanitar məqsədlə dörd saatlıq dayandırılacaq.
Edrinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin Xan-Yunis bölgəsində döyüş əməliyyatları dinc sakinlərin Salah-əd-Din yolu ilə şəhərin şimal və şərq istiqamətlərində hərəkətinə mane olur. İsrail Müdafiə Qüvvələrinin mülki əhalinin Xan-Yunis rayonu qərbində yerləşən dolama marşrutla təhlükəsiz hərəkətini təmin edəcəyi qeyd olunub.