Bakı. Trend:
Məşhur Hollivud aktyoru ağır xəstəlikdən dünyasın dəyişib.
Trend xəbər verir ki, "One Life to Live" və "Sleepy Hollow" və məşhur "Call Of Duty" seriallarının ulduzu Kamar de los Reyes vəfat edib.
Qeyd edək ki, aktyor uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb. Kamarın hansı xərçəng növü ilə mübarizə apardığı, hətta diaqnozun nə vaxt qoyulduğu hələ də məlum deyil. Aktyorun ailəsi bütün detalları gizli saxlayıb.
Xatırladaq ki, əslən Puerto-Rikodan olan Kamar ən çox ABC-nin "One Life to Live" serialındakı Antonio Veqa rolu ilə tanınır. Serial 1995-1998-ci illərdə çəkilib. Karyerasına qısa müddət fasilə verən Kamar 2000-ci ildə yenidən böyük ekranlara qayıdıb və 13 il aktyorluq sənəti ilə məşğul olub. O, həmçinin "Qanun və Nizam", "ER", "CSI: Mayami", "Qala" və bir çox başqa məşhur detektiv seriallarında rol alıb. Kamar şöhrətinin zirvəsi isə məşhur "Call Of Duty" serialındakı xarizmatik cani Raul Menendez rolu olub.