...

Rusiya kosmonavtları “Crew Dragon”da kosmosa uçuş üçün yararlı hesab olunublar

Dünya xəbərləri Materials 29 Dekabr 2023 03:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyalı kosmonavtlar Aleksandr Qrebenkin və onun dublyoru Aleksandr Qorbunovun “Crew Dragon” gəmisinin heyətində Beynəlxalq Kosmik Stansiyasına uçuşuna razılıq verilib.

Trend-in məlumatına görə, bu barədə Yuri Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzindən bildiriblər.

Məlumata əsasən, komissiya səhhətlərinin vəziyyətinə görə onları yararlı hesab edib. Tibbi komissiyanın tərkibinə Kosmonavtların Hazırlıq Mərkəzinin təmsilçiləri, Federal Tibbi-Bioloji Agentliyin, Rusiya Elmlər Akademiyasının Tibb-Bioloji Problemlər İnstitutunun, Rusiyanın səhiyyə və müdafiə nazirliklərinin təmsilçiləri daxildirlər.

Cari il martın 1-də Roskosmosda Beynəlxalq Kosmik Stansiyasına çarpaz uçuşlar barədə ABŞ-la sazişin genişləndirildiyi bildirilib. Roskosmos və NASA rusiyalı kosmonavtın “Crew Dragon” gəmisində stansiyaya əlavə uçuşunu razılaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti