...

Qvatemala liderinin andiçmə mərasimi bir neçə saat gecikib

Dünya xəbərləri Materials 15 Yanvar 2024 05:05 (UTC +04:00)
Qvatemala liderinin andiçmə mərasimi bir neçə saat gecikib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qvatemalanın seçilmiş prezidenti Bernardo Arevalonun andiçmə mərasimi respublika Konqresinin inauqurasiya iclasında yetərsay olmadığı üçün bir neçə saat gecikib.

Trend xəbər verir ki, bu barədə bazar günü yerli "Prensa Libre" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, iclas səhər saatlarında başlamalı idi. Arevalo iddia edir ki, onun rəqibləri mərasimi qəsdən gecikdirirlər. "Deputatlar xalqın seçkilərdə ifadə olunmuş iradəsinə hörmət etməyə borcludurlar. Demokratiya qanunsuzluq, xırdalıq və hakimiyyətdən sui-istifadə ilə sarsılır. Qvatemala xalqı və beynəlxalq ictimaiyyət bunu izləyir", - o, X sosial şəbəkəsindəki hesabında yazıb.

Arevalonun tərəfdarları Qvatemala şəhərinin küçələrinə toplaşaraq, mərasimin başlanmasını tələb edib, eləcə də rəhbərliyi seçkilərin nəticələrinin təsdiqinə mane olan Respublika Baş Prokurorluğunun əleyhinə bəyanatlar səsləndiriblər.

Arevalonun andiçmə mərasimində İspaniya kralı VI Filip, bir sıra Latın Amerikası ölkələrinin rəhbərləri, həmçinin ABŞ və Aİ rəsmiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti