...

Dubayda uçan taksi xidməti fəaliyyətə başlayıb (FOTO)

Dünya xəbərləri Materials 12 Fevral 2024 13:03 (UTC +04:00)
Dubayda uçan taksi xidməti fəaliyyətə başlayıb (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Dubayda uçan taksi xidməti fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, mövzu ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) WAM xəbər agentliyinin "X" sosial media hesabından açıqlama verilib.

Açıqlamada qeyd olunub ki, taksi pilot və dörd sərnişin daşımaq qabiliyyətinə malikdir. Bildirilib ki, maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometr olan uçan taksi Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində Downtown, Dubay Marina və Palm Jumeirah yaxınlığında cəmi 4 stansiyaya sahib olacaq.

Qeyd edək ki, Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə endiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti