...

ABŞ qanunvericiləri Ukrayna və İsrailə kömək üçün alternativ qanun layihəsi irəli sürüblər

Dünya xəbərləri Materials 20 Fevral 2024 05:14 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Nümayəndələr Palatasının qanunvericiləri - Respublikaçı Brayan Fitzpatrik və Demokrat Jared Qolden həmkarlarını xarici yardım haqqında qanun layihəsinin alternativ variantını dəstəkləməyə çağırırlar.

Trend-in məlumatına görə, bu barədə konqresmenlərin məktubu ilə tanış ola bilən "The Hill" nəşri xəbər verib.

"Ukraynanın mövqeyi təhlükə altındadır. Silah-sursatları bitmək üzrədir, və onlar geri çəkilirlər (...). Bu, Konqresdəki çıxılmaz vəziyyətin birbaşa nəticəsidir", - deyə məktubda bildirilib.

Konqresmenlər qeyd ediblər ki, Amerika silahları və sursatları olmasa, Ukrayna “uğursuzluğa düçar ola bilər”.

Alternativ qanun layihəsi ABŞ Müdafiə Nazirliyinə 66,32 milyard dollar, o cümlədən Ukrayna üçün təxminən 47 milyard, İsrail üçün 10 milyard, Hind-Sakit okean regionu üçün 5 milyard və ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərqdəki əməliyyatlarını dəstəkləmək üçün 2 milyard dollar ayrılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti