Bakı. Trend:
Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub.
Trend xəbər berir ki, bu barədə İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakunov KİV-ə məlumat verib.
"İssık-Kul vilayətinin Jırqalan dərəsində Çexiyadan gələn dörd turist qar uçqununun altında qalıb", - Usubakunov deyib.
İlkin məlumata görə, turistlər Jırqalana xizəkdə sürüşmək üçün gəliblər.
Həlak olanların şəxsiyyəti müəyyən olunub.