Bakı. Trend:
Martın 11-də İsveçin bayrağı NATO-nun Brüsseldəki qərargahı qarşısında qaldırılacaq.
Trend xəbər verir ki, bu barədə İsveç televiziyası məlumat yayıb.
Bu mərasim İsveçin İttifaqa üzvlüyünün başlamasını əks etdirəcək. Mərasimdə İsveçin baş naziri Ulf Kristersson, baş komandanı Mikael Byuden və digər siyasətçilər iştirak edəcək.
Qeyd edək ki, martın 5-də Macarıstan prezidenti Tamaş Şuyok İsveçin NATO-ya qoşulması barədə sazişi ratifikasiya edib. Elə həmin gün İsveç parlamenti ölkəsinin müraciətini təsdiqləyib. Bununla da İsveçin NATO-ya üzvlüyü təsdiqlənib.