Bakı. Trend:
İsveç bayrağı NATO-nun Brüsseldəki baş qərargahında qaldırılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Rəsmi mərasimdə NATO baş katibi Yens Stoltenberq və İsveç hökumətinin rəsmiləri iştirak edib.
Qeyd edək ki, İsveçin NATO-ya üzv olması barədə protokol martın 7-də rəsmi olaraq qüvvəyə minib, ölkə NATO-nun 32-ci üzvü olub.
