...

İranda silahlı insident: polis zabiti öldürüldü

Dünya xəbərləri Materials 12 Mart 2024 10:59 (UTC +04:00)
İranda silahlı insident: polis zabiti öldürüldü
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Mehristan rayonunda silahlı insident baş verib.

Trend-in məlumatına görə, bu barədə İranın Sistan və Bəluçestan Polis İdarəsi məlumat yayıb.

Polis tərəfindən izlənilən şübhəli 2 avtomobilin sərnişinləri polislərə atəş açıblar. Nəticədə polis zabiti Hüseyn Şeybək öldürülüb.

Narkotik qaçaqmalçıları hadisə yerindən qaçıblar. Silahlı insidentdə qaçaqmalçıların bir avtomobili yanıb. Digər avtomobilə baxış keçirilib və 500 kiloqram narkotik maddə aşkarlanıb.

Narkotik qaçaqmalçıların tapılması üçün axtarış əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti