...

ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi göndərəcəyini açıqlayıb

Dünya xəbərləri Materials 12 Mart 2024 23:48 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

"ABŞ prezidenti Co Baydenin adından mən silah və avadanlıqların daxil olacağı 300 milyon dollarlıq təcili təhlükəsizlik paketini göndərilməsini elan edirəm", - deyə o bildirib.

O əlavə edib ki, bu paketə "HIMARS" üçün artilleriya mərmiləri və mərmilərin böyük tranşı daxildir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti