...

Qabon sahillərində neft platformasında yanğın olub, ölənlər var

Dünya xəbərləri Materials 22 Mart 2024 06:03 (UTC +04:00)
Qabon sahillərində neft platformasında  yanğın olub, ölənlər var

Bakı. Trend:

Qabon sahillərində “Perenco oil&gas Gabon” şirkətinin neft platformasında baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə yerli “GabonReview” nəşri məlumat yayıb.

Qəzet neft şirkətindən sitat gətirib: "Təcili yardım qrupları axtarışları davam etdirmək üçün hələ də ərazidədir".

“Perenco oil&gas Gabon” 4 nəfərin öldüyünü, 2 nəfərin təcili xəstəxanaya yerləşdirildiyini və bu qurbanlardan birinin daha sonra xəstəxanada dünyasını dəyişdiyini bildirib. Əlavə edilib ki, yanğın martın 20-də baş verib. Hazırda itkin düşmüş şəxsin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti