...

İsrail raket hücumlarına cavab olaraq Livan şəhərinə zərbələr endirib

Dünya xəbərləri Materials 24 Mart 2024 04:42 (UTC +04:00)
İsrail raket hücumlarına cavab olaraq Livan şəhərinə zərbələr endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Livanın Baalbek şəhərinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti Livan KİV-lərinə istinadən xəbər verib.

Məlumata əsasən, şəhərə hücum Livanın "Hizbullah" qruplaşmasının raketlər, Reaktiv Yaylım Atəş Sistemi və pilotsuz uçuş aparatlarından istifadə edərək İsrailin şimal bölgələrinə bir neçə zərbələrdən sonra həyata keçirilib.

Bildirilib ki, Baalbek İsrail sərhədindən təxminən 100 km aralıda yerləşir və "keçmişdə Hizbullahın qalası sayılan ərazidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti