...

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 147 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 26 Mart 2024 14:55 (UTC +04:00)
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 147 nəfər saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata əsasən, “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb.

Nazir deyib ki, ötən il iyunun 1-dən indiyədək Türkiyədə İŞİD terror təşkilatına qarşı 1 329 əməliyyat keçirilib. Bu əməliyyatlarda terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 2 919 nəfər saxlanılıb. Bu şəxslərdən 692-i həbs edilib, 531 nəfər məhkəmə nəzarətinə alınıb. Onlardan 187-i barəsində məhkəmə prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti