...

Culian Assanj ABŞ-yə ekstradisiyası ilə bağlı apellyasiya şikayəti verə biləcək

Dünya xəbərləri Materials 26 Mart 2024 16:27 (UTC +04:00)
Culian Assanj ABŞ-yə ekstradisiyası ilə bağlı apellyasiya şikayəti verə biləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya məhkəməsi “Wikileaks”in qurucusu Culian Assanjın ABŞ-yə ekstradisiyasına dair məhkəmə qərarına etiraz edə biləcəyinə qərar verib.

Trend xəbər verir ki, “Wikileaks” portalının qurucusu Culian Assanjın casusluq ittihamı ilə ABŞ-yə ekstradisiyasına etiraz etmək hüququ bu gün sonuncu dəfə britaniyalı hakimlər tərəfindən müzakirə olunub.

Hakimlər Culian Assanjın ABŞ-yə ekstradisiyasına etiraz edə biləcəyinə qərar veriblər.

Hakimlər bildiriblər ki, ABŞ səlahiyyətliləri onun ABŞ-yə ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanət verməsələr, Assanj apellyasiya şikayəti verə biləcək. Əgər Culian Assanja bu icazə verilməsəydi, o, ABŞ-yə bir neçə gün ərzində ekstradisiya edilə bilərdi.

Proses mayın 20-dək təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti