Bakı. Trend:
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) araşdırma, inkişaf və təhsil məsələləri üzrə sədr müavini Osman Karaaslan vəfat edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, təxminən 2 ay əvvəl beyin qanaxması keçirən Karaaslan reanimasiyada müalicə alırdı.