...

"Crocus City Hall"da xəsarət alan daha bir nəfər ölüb

Dünya xəbərləri Materials 29 Mart 2024 16:33 (UTC +04:00)
"Crocus City Hall"da xəsarət alan daha bir nəfər ölüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"da xəsarət alan daha bir nəfər xəstəxanada ölüb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat verib.

Nazirin sözlərinə görə, həlak olan şəxs terror aktı zamanı odlu silahdan yaralanıb və kritik vəziyyətdə olub. Həkimlər onun sağ qalması üçün bir neçə gün mübarizə aparsalar da, pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 144 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti