...

Pakistanda güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb

Dünya xəbərləri Materials 31 Mart 2024 03:46 (UTC +04:00)
Pakistanda güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb

Bakı. Trend:

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Trend-in məlumatına görə, ölkənin Yerli təbii fəlakət idarəsinin rəsmisi Ənvər Şahzadın sözlərinə görə, əyalətinin bəzi bölgələrində güclü yağış səbəbindən evlərin damları uçub, daşqınlar baş verib və bəzi yollar bağlanıb.

Şahzad leysan yağışların səbəb olduğu sel və digər hadisələrdə əksəriyyəti uşaq olmaqla 8 nəfərin həyatını itirdiyini bildirib. Əyalətdə daşqın və damın uçması nəticəsində 12 nəfərin xəsarət aldığını vurğulayan Şahzad 2 uşağın seldə itməsi ilə bağlı məlumatı paylaşıb: “Ölənlərdən 3-ü bir ailədən olan 3-7 yaşlı bacı-qardaşdır”.

Səlahiyyətlilər təhlükəsizlik tədbirləri səbəbiylə bölgədə bəzi yolların bağlandığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti