Bakı. Trend:
Türkiyədə İsrail kəşfiyyatı üçün casusluqda şübhəli bilinənlərə qarşı "Köstebek-3" əməliyyatı keçirilib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, əməliyyat çərçivəsində saxlanılan 8 şübhəlidən 2-si həbs olunub. Onların İsrail kəşfiyyatına məlumat ötürdükləri qeyd olunub.
Digər 6 nəfər barədə isə məhkəmə nəzarəti qərarı verilib.