Bakı. Trend:
Böyük Britaniyanın Hitrou hava limanının uçuş-enmə zolağında iki təyyarə toqquşub və hadisə nəticəsində hər iki təyyarənin qanadları zədələnib.
Trend-in məlumatına görə, “Virgin Atlantic 787” təyyarəsi “British Airways Airbus A350”nin qanadının ucuna dəyib.
Hitrou hava limanının sözçüsü bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.