...

İzmirdə iki zavodda yanğın baş verib

Dünya xəbərləri Materials 18 Aprel 2024 08:28 (UTC +04:00)
İzmirdə iki zavodda yanğın baş verib

Bakı. Trend:

İzmir şəhərinin Çiğli rayonundakı Atatürk Mütəşəkkil Sənaye Bölgəsində kauçuk və plastik zavodlarında yanğın baş verib.

Trend xəbər verir ki, yanğın ilk öncə kauçuk zavodunda başlayaraq sonradan plastik zavoduna sıçrayıb. Yanğının dəqiq səbəbi hələlik məlum deyil.

Hadisə yerinə yanğınsöndürmə, polis əməkdaşları və tibbi personal cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti