...

ABŞ Ukraynaya daha bir "Patriot" batareyası göndərməyi düşünür

Dünya xəbərləri Materials 15 May 2024 06:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə batareyası göndərmək üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, ABŞ radarlarla birlikdə Kiyevə bir "Patriot" batareyası göndərmək niyyətindədir.

Mənbələr bildiriblər ki, Ukraynanın Avropadakı müttəfiqləri də öz ehtiyatlarından əlavə hava hücumundan müdafiə sistemləri göndərmək planları hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti