Bakı. Trend:
Rusiyanın tanınmış kino və teatr aktrisası, Rusiya Federasiyasının Əməkdar artisti, teleaparıcı Anastasiya Zavorotnyuk 53 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə aktrisanın direktoru Stanislav Xristov TASS agentliyinə bildirib.
"Əfsuslar olsun ki, Anastasiya vəfat etdi", - o deyib.
Qeyd edək ki, Anastasiya Zavorotnyuk uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.