Bakı. Trend:
Norveçin azlıq hökuməti və parlamentdəki bütün müxalifət partiyaları ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər veriblər.
Məlumata əsasən, bütün tərəflərin bəzi dəyişikliklərlə dəstklədiyi hökumət planı, xüsusən də Norveç Hərbi Dəniz Qüvvələri üçün altıncı sualtı qayığın sifarişini, Oslonu qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini və kəşfiyyat imkanlarının gücləndirilməsini nəzərdə tutur.
Bildirilib ki, 2024-cü ildə Norveçin müdafiə xərcləri ÜDM-in 2%-i səviyyəsinə çatmalıdır. Bu göstəriciyə çatmasını NATO rəhbərliyinin öz üzvlərindən tələb edir.