...

Türkiyədə yenidən meşə yanğınları başlayıb

Dünya xəbərləri Materials 4 İyun 2024 19:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Havaların istiləşməsi ilə paralel olaraq Türkiyədə meşə yanğınları da geniş vüsət almağa başlayıb.

Trend xəbər verir ki, artıq Bursanın Orhaneli, Antalyanın Aksu və Muğlanın Milas rayonlarında analoji hadisələr qeydə alınıb.

Bu yanğınların söndürülməsi üçün hava və qurudan müdaxilə davam edir.

Yanğının hansı səbəbdən baş verdiyi ilə bağlı isə hələlik dəqiq informasiya yoxdur.

Yanğınsöndürənlər alovları nəzarət altına almağa səy göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti