...

İranın 4 vilayətində meşələr yanır - Bölgələrə helikopter və təyyarə göndərilib

Dünya xəbərləri Materials 13 İyun 2024 12:47 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Xuzistan, İlaam, Kirmanşah və Lorestan vilayətlərində meşə yanğınlarının söndürülməsi üçün 5 ədəd helikopter və 1 “İl” təyyarəsi göndərilib.

Trend-in məlumatına görə, bunu İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Hüseyn Zəfəri deyib.

Onun sözlərinə görə, hazırda meşə yanğınlarının həm qurudan və həm də havadan söndürülməsi üzrə əməliyyatlar davam etdirilir.

Zəfəri bildirib ki, çətin relyefli meşəlik ərazilərində yanğının söndürülməsi üçün havadan dəstək həyata keçirilir:

"Bəzi ərazilərdə yanğın söndürülsə də, yenidən yanğının baş verməsi mümkündür. Buna əsasən ərazilərdə yanğın təhlükəsi ilə bağlı yoxlamalar aparılır".

Qeyd edək ki, İranda meşə yanğınları ötən gündən etibarən başlayıb.

Xəbər lenti

Xəbər lenti