...

Qırğızıstanda ağır yol qəzası olub, ölən var

Dünya xəbərləri Materials 21 İyun 2024 08:17 (UTC +04:00)

Bakı. Trend:

Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 4-9 yaş arası 6 uşaq ölüb.

Trend xəbər verir ki, bu barədə ölkənin Çuy vilayətinin Daxili İşlər İdarəsindən məlumat verilib.

"Çuy vilayətinin Jiyıl rayonunda, Altın kəndi yaxınlığında içərisində 8-i uşaq olmaqla 11 nəfərin olduğu "Volkswagen" markalı avtomobil gölə düşüb", - idarənin nümayəndəsi bildirib.

İlkin məlumata görə, sürücü idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti