...

“Beril” qasırğası Texas və Luiziana ştatlarını vurub

Dünya xəbərləri Materials 9 İyul 2024 06:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Beril” tropik qasırğası ABŞ-ın Şərqi Texas və Qərbi Luiziana ştatlarına çatıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Məlumata görə, qasırğanın maksimal sürəti 20,8 m/s-dir.

Texasda tropik qasırğa nəticəsində üç nəfər ölüb. Dəmir yolunda 1300 reys ləğv edilib. Bundan əlavə, 2,7 milyona yaxın bina işıqsız qalıb.

ABŞ Milli Hava Xidməti Arkanzasın cənub-qərbi, Luiziananın şimal-qərbi və Texasın şimal-şərqi üçün tornado xəbərdarlığı elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti