...

Nyu-Yorkda körpü istidən "əriyib": tarixi keçid bağlanıb

Dünya xəbərləri Materials 9 İyul 2024 17:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərində Bronks və Manhetteni bir-birinə bağlayan Harlem çayı üzərindəki açılıb-bağlanan körpü kilidlənib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, körpünün kilidlənməsinə səbəb havaların həddindən artıq isinməsi olub.

Mütəxəssislərin sözlərinə görə, polad elementlər isti səbəbindən genişlənib və mexanizm açıq vəziyyətdə sıxılıb.

Qeyd olunur ki, 1898-ci ildə açılıb-bağlanan konstruksiyada inşa edilən körpü nəqliyyat vasitələrinin tək zolaqla hərəkəti üçün istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti