...

Parisdə Çexiya səfirliyində yanğın olub, 3 nəfər xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 17 İyul 2024 22:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın Parisdəki səfirliyinin binalarından birində yanğın olub, yanğın söndürülüb, xəsarət alanlar var.

Trend-in məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Daniel Dreyk deyib.

"Təsdiq edə bilərik ki, yanğın olub və hazırda söndürülüb", - deyə o bildirib. XİN rəsməsi qeyd edib ki, kompleksin diplomatik hissəsinə ziyan dəyməyib.

Məlumata əsasən, 3 nəfər zəhərlənib və müayinə olunmaq üçün xəstəxanaya aparılıb.

İlkin məlumata görə, yanğına səbəb qısaqapanma olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti