...

İzmirdə üç fabrik və beş maşın alovlara bürünüb

Dünya xəbərləri Materials 1 Avqust 2024 20:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində güclü yanğın baş verib.

Trend türk KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində üç ayrı fabrik və yaxınlıqda park edilən beş nəqliyyat vasitəsi alovlara bürünüb.

Məlumata görə, yanğın yerinə dərhal helikopter və yanğınsöndürən maşınlar cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti