Bakı. Trend:
Rusiyanın Vladivostok şəhərində güclü yağışlar səbəbindən fırtına xəbərdarlığı edilib.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, şəhər küçələri yağış suları altında qalıb. Belə ki, yağıntıların miqdarının 70 mm-ə çata biləcəyi istisna edilmir. Bu isə artıq təhlükəli hədd deməkdir.
Fövqəladə Hallar xidmətinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Güclü yağışın fəsadlarının aradan qaldırılması üzərində işlər aparılır.