...

Cənubi Koreya və ABŞ döyüş atışlı təlimlər keçirib

Dünya xəbərləri Materials 14 Avqust 2024 12:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Respublikası və ABŞ hərbçiləri KXDR ilə sərhəddən 30 kilometr cənubda yerləşən poliqonda döyüş atışlı təlimlər keçiriblər.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir..

Məlumata görə, avqustun 9-dan 14-dək keçirilən təlimlərdə təxminən 320 nəfər iştirak edib və Apaçi zərbə helikopterlərindən istifadə olunub. Tərəflərin komandanlığının uyğunluğunu yoxlamaq üçün zirehli tank diviziyasından Amerika batalyonunun da daxil olduğu ortaq dəstə yaradılıb.

ABŞ Silahlı Qüvvələrinin bu bölməsi Koreya Respublikasına ordunun şəxsi heyətinin müəyyən bir nöqtəyə operativ şəkildə yerləşdirilməsi, orada təlimlər keçirməsi və daimi dislokasiya yerinə qayıtmaq qabiliyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuş Pacific Fortitude təlimi çərçivəsində gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti