Bakı. Trend:
Ukraynanın Kiyev şəhərində COVID-19-a yoluxma sürətlə artır.
Trend xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası Səhiyyə Departamenti məlumat yayıb.
Məlumata görə, Kiyevdə COVID-19-a yoluxma hallarında artım qeydə alınıb.
Avqustun ikinci həftəsində 174-ü uşaq olmaqla 1283 nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib.