Bakı. Trend:
Qəzza zolağının mərkəzi hissəsində ilk təsdiqlənmiş poliomielitə yoluxma hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi bildirib.
"Səhiyyə Nazirliyi poliomielit virusuna ilk yoluxma hadisəsini qeydə alıb: bu, Deyr əl-Balah şəhərində baş verib, xəstə xəstəliyə qarşı heç bir peyvənd almamış 10 aylıq körpə olub", - deyə nazirlik öz "Facebook" səhifəsində yazlb.
Bildirilib ki, anklavdakı həkimlər "bəzi simptomlar üzə çıxandan sonra uşaqda poliomielitə yoluxmasından şübhələndiyindən" onun analizləri müayinə üçün Əmmana göndərilib və burada diaqnoz təsdiqlənib.