Bakı. Trend:
Rusiya Yaponiyanın bu payızda Rusiya sərhədləri yaxınlığında ABŞ-la birgə hərbi təlimlər keçirmək planları ilə bağlı Yaponiya səfirliyinə etiraz edib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib.
"Oktyabrın 11-də Yaponiyanın Rusiyadakı səfirliyinə Tokionun oktyabrın sonu - noyabrın əvvəllərində Yaponiya ərazisində, o cümlədən Rusiya Federasiyasının sərhədləri yaxınlığında yerləşən Hokkaydo adaları ərazilərdə ABŞ-la birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı sərt etiraz edilib", - deyə nazirlik qeyd edib.
Bildirilib ki, Yaponiya səfirliyinə Rusiya Federasiyasının müdafiə qabiliyyətinin gücləndirilməsi və suverenliyinin qorunması üçün qaçılmaz adekvat cavab tədbirləri barədə xəbərdarlıq edilib.