...

Həmas yaraqlıları Qəzzanın şimalında İsrail tankını partladıblar

Dünya xəbərləri Materials 13 Oktyabr 2024 09:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin radikal HƏMAS hərəkatının silahlı dəstələri İsrailə məxsus Merkava Mk4 tankını hədəfə alaraq partladıblar.

Trend xəbər verir ki, bu barədə məlumatı “Al Mayadeen” telekanalı yayıb.

Hadisə Fələstin anklavının şimalında, Cəbəliyə qaçqın düşərgəsinin qərbində baş verib. Bildirilir ki, bu hücum HƏMAS-ın İsrailin hərbi texnikasına qarşı artan əməliyyatlarının bir hissəsi olaraq həyata keçirilib.

Tankın partladılması nəticəsində itkilər və ya zərər çəkənlər barədə hələlik dəqiq məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti