...

Braziliyada fırtına nəticəsində azı 7 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Oktyabr 2024 13:09 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyanın San-Paulo ştatında fırtına nəticəsində azı 7 nəfər ölüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Mülki müdafiə orqanlarının verdiyi məlumata əsasən, San-Paulo ştatını vuran fırtına Böyük San Pauloda və ştatın daxili bölgələrində azı 7 nəfərin ölümünə səbəb olub.

Bildirilir ki, Bauru şəhərində divarın çökməsi nəticəsində 3 nəfər ölüb, San-Paulo və Diadem şəhərlərində ağacların düşməsi nəticəsində daha 2 nəfər həyatını itirib. Kotia şəhərində divarın çökməsi səbəbindən daha 3 nəfər həlak olub.

Məlumatına görə, 98-dən çox ştatda leysan yağışları qeydə alınıb. Bundan əlavə, hazırda təxminən 2 milyon insan elektrik enerjisi təminatından məhrum qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti