...

Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirildi - Saxlanılanlar var

Dünya xəbərləri Materials 15 Oktyabr 2024 11:24 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Ərdahan vilayətində tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində 8 şübhəli saxlanılıb.

Həmçinin, axtarış tədbirləri nəticəsində 8 firon fiquru, 58 bürünc sikkə, 2 xaç fiquru, 1 oval daşı, 1 sənədsiz tapança, 46 patron, 1 laptop, generator, projektor və başqa ləvazimatlar maddi sübut kimi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti