...

Yaponiya hökuməti növbədənkənar seçkilərdən sonra istefa verib

Dünya xəbərləri Materials 11 Noyabr 2024 05:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya hökuməti, Şiqeru İşibanın rəhbərlik etdiyi kabinet oktyabrın 27-də keçirilmiş növbədənkənar seçkilərin ardından baş nazir üçün parlamentdə (Diet) keçiriləcək xüsusi səsvermədən əvvəl istefa verib.

Trend-in məlumatına görə, bu seçkilərdə Liberal Demokrat Partiyası (LDP) və Komeito Partiyasının hakim koalisiyası aşağı palatada çoxluqdan məhrum olub. Bununla belə, müxalifət arasında birlik olmadığı üçün İşibanın yenidən baş nazir seçiləcəyi və azlıq hökuməti qurulacağı gözlənilir.

İşiba seçilərsə, yeni administrasiyasını oktyabrın 1-dən işə başlayan birinci hökumətinin ardınca ikinci dəfə təşkil edəcək. Seçkilərdə mandatlarını yenidən qazana bilməyən nazirlər istisna olmaqla, hökumətin əsas tərkibinin dəyişməz qalacağı bildirilir. Bu çərçivədə, Keyosuke Suzuki ədliyyə naziri, Taku Eto isə Kənd Təsərrüfatı naziri vəzifəsində qalacaq. Komeito Partiyasının nümayəndəsi Hiromasa Nakano isə dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri vəzifəsini tutacağı gözlənilir.

Günün ikinci yarısında yeni hökumətin tərkibi imperator Naruhito tərəfindən təsdiqlənəcək.

Xəbər lenti

Xəbər lenti