...

Gürcüstan Daxili İşlər Nazirliyi valideynləri övladlarını aksiya keçirilən yerdən götürməyə çağırıb

Dünya xəbərləri Materials 2 Dekabr 2024 01:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Daxili İşlər Nazirliyi valideynləri övladlarını Tbilisi şəhərində parlament binası yaxınlığında keçirilən aksiyadan çıxarmağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilib. "Müxtəlif KİV-lər aksiyanın keçirildiyi yerdə azyaşlı uşaqların göründüyü kadrları yayırlar. Gürcüstan qanunvericiliyinə görə, bütün uşaqların dinc toplaşmaq azadlığından istifadə etmək hüququ var. Lakin hazırkı nümayişlər dəfələrlə dinc toplantıdan kənara çıxaraq zorakılığa çevrilib, uşaqları yüksək yaralanma riski olan mühitdə qoyub", - deyə nazirlik bildirib.

Nazirlik valideynləri övladlarını aqressiv mühitdən qorumağa çağıraraq, uşaqların hadisə yerindən uzaqlaşdırılması lazım olduğunu vurğulayıb. Həmçinin, Daxili İşlər Nazirliyi, parlament binası qarşısında etirazçıların pəncərələri sındırdıqlarını, içəriyə tezalışan maddələr atdıqlarını və yanğın törətmək məqsədilə fişənglər atmağa çalışdıqlarını qeyd edib.

Xəbər lenti

Xəbər lenti