...

Cənubi Koreya Prezidenti ilə bağlı impiçment təklifi dekabrın 7-də səsverməyə çıxarılacaq

Dünya xəbərləri Materials 5 Dekabr 2024 07:44 (UTC +04:00)
Cənubi Koreya Prezidenti ilə bağlı impiçment təklifi dekabrın 7-də səsverməyə çıxarılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Respublikasının Toburo Demokratik Partiyası dekabrın 7-də prezidentin impiçmenti ilə bağlı təklifi Milli Assambleyada səsverməyə çıxarmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Partiyanın açıqlamasına görə, impiçment üzrə səsvermə yerli vaxtla saat 19:00-da keçiriləcək.

Əgər impiçment təşəbbüsü Assambleyada təsdiqlənərsə, məsələ Konstitusiya Məhkəməsinə göndəriləcək və orada müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti