...

Beynəlxalq tranzit daşımaları dəhlizlərin əlaqələndirilməsi hesabına arta bilər – AİB-in sədri

Dünya xəbərləri Materials 6 Dekabr 2024 11:39 (UTC +04:00)
Beynəlxalq tranzit daşımaları dəhlizlərin əlaqələndirilməsi hesabına arta bilər – AİB-in sədri
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Almatı. Trend:

Beynəlxalq tranzit daşımaları məhz dəhlizlərin əlaqələndirilməsi hesabına 40 faiz artım göstərə bilər.

Trend xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədri Nikolay Podquzov Qazaxıstanın Almatı şəhərində keçirilən “Mərkəzi Asiyada tərəfdaşlıq: qlobal çağırışlara lokal problemlərin prizmasından baxış” mövzusunda sessiya zamanı bildirib.

“Mərkəzi Asiya – 5 ölkənin heç birinin dənizə çıxışı olmayan bir regiondur. Əlaqəliliyin yaxşılaşdırılması dənizə çıxışı olmayan ölkələri quru əlaqələri olan ölkələrə çevirməyə kömək edəcək. Məhz buna görə də AİB Avrasiya nəqliyyat şəbəkəsi konsepsiyasını irəli sürür. Bu konsepsiyanın əsas ideyası Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin birləşdirilməsinin sinerji yaratmasıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu, logistika üçün yeni imkanlar, yeni marşrutlar və vahid tariflər yaradır.

“Bu, Mərkəzi Asiya üçün Avrasiyanın nəqliyyat qovşağına çevrilmək üçün tarixi bir şansdır”, – deyə N.Podquzov əlavə edib.

Xəbər lenti

Xəbər lenti