Bakı. Trend:
Türkiyədə Bitlis-Tatvan avtomobil yolunun Rahva bölgəsində 23 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib, 31 nəfər yaralanıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəzanın səbəbi sıx duman və yolun buzlanması olub.
Məlumata görə, hadisə ilə bağlı əraziyə təcili tibbi yardım, jandarma, polis, AFAD və yanğınsöndürmə qrupları göndərilib.
Məlumata görə, 23 avtomobilin iştirakı ilə baş verən qəzada yaralananlar təcili tibbi yardımla Tatvan Dövlət Xəstəxanasına çatdırılıb.
Qəzanın baş verdiyi ərazi nəqliyyat üçün bağlanıb və qəzaya uğramış avtomobillərin ərazidən çıxarılmasına başlanılıb.