Bakı. Trend:
İsrail ordusunun bölmələri Suriyadakı hadisələr fonunda İsrailin nəzarətində olan əraziləri Suriyadan ayıran Qolan təpələrindəki bufer zonasına daxil olub.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verib.
"Suriyada baş verən son hadisələrdən sonra, o cümlədən silahlı şəxslərin bufer zonasına daxil olması ilə bağlı vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, İsrail Müdafiə Qüvvələri bufer zonasına və bir sıra digər məntəqələrə qoşun yeridib", - deyə bildirilib.
Qeyd olunub ki, bu, Qolan təpələrində [İsrail] yaşayış məntəqələrinin və İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün onun müdafiəsi üçün lazımdır.